Alimlər Yerə bənzər planet kəşf etdilər

Maraqlı

08.07.2025 19:45

ABŞ-nin İrvin Kaliforniya Universitetinin alimləri Yerə bənzər və yaşayışa uyğun planet kəşf ediblər. 

TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri "arXiv" elmi platformasında dərc olunub.

Alimlər NASA-nın məlumat bazasından 517 ekzoplaneti təhlil ediblər. Onlar planetləri 8 əsas meyar üzrə qiymətləndiriblər: planetin radiusu, tarazlıq temperaturu, günəşdən gələn axın, sıxlıq, ana ulduzun temperaturu, radiusu, kütləsi və metallıq səviyyəsi.

Təhlilin nəticələrinə əsasən, bu planetlərin yalnız 0,6 faizi – cəmi üçü (o cümlədən Yer özü) yaşayış üçün uyğun hesab olunan bütün şərtlərə cavab verir.

Alimlərin fikrincə, yalnız "Kepler-22b" Yerə oxşarlıq göstərir.

Bu kəşf Yerdən kənarda həyat axtarışları baxımından mühüm addım hesab olunur.

Türkan İsgəndərli

tag: NASA,Planet,Yer,Qalaktika,Todaypress.tv,