Britaniyada 145 milyon illik məməli fosili tapıldı
Maraqlı
16.07.2025 19:30
Portsmut Universitetinin tələbəsi Benjamin Ueston Britaniyanın Dorset bölgəsində qədim bir məməliyə aid alt çənə fosili tapıb. Tapıntı dinozavrlarla eyni dövrdə – 145 milyon il əvvəl yaşamış "Novaculadon mirabilis" adlı yeni bir növə məxsusdur.
TodayPress TV xəbər verir ki, bu barədə "StitechDaily" məlumat yayıb.
Fosil cəmi 16,5 millimetr uzunluğundakı çənə, iti azı dişlərə və bir kəsici dişə sahibdir.
Yeni növ qədim “multituberkulat” qrupuna aiddir. Bu məməlilər təxminən 130 milyon il ərzində mövcud olmuş, siçan boyundan qunduz ölçüsünə qədər dəyişən növləri ilə tanınırdı.
Fosil 3D texnologiya və kompüter tomoqrafiyası ilə zərər verilmədən analiz edilib. Tədqiqat göstərir ki, erkən məməlilər dinozavrların hökmran olduğu dövrdə belə yaşamağa uyğunlaşa biliblər.
Bu tapıntı bölgədə son 100 ildə aşkarlanan ilk multituberkulat çənəsidir.
Qiymət Mahir
tag: Fosil,Britaniya,Məməli,Tədqiqat,Todaypress.tv,