Yeni MacBook Pro modelləri 2026-cı ildə təqdim oluna bilər

Maraqlı

29.09.2025 18:45

Apple yaxın aylarda yeni MacBook Pro modellərinin kütləvi istehsalına başlayacaq.

TodayPress TV "Gazeta.ru" ya istinadən xəbər verir ki, bu barədə  Bloomberg insayderi Mark Qurman məlumat verib.

Qurman bildirib ki, noutbukların təqdimatı 2025-ci ilin sonu və ya 2026-cı ilin ilk rübündə baş tuta bilər.

Yeni 14 və 16 düymlük MacBook Pro modellərinin M5/M5 Pro/M5 Max çipləri ilə gələcəyi gözlənilir. Daha sonrakı mərhələdə isə cihazların OLED displey, daha incə dizayn və TSMC-nin 2nm prosesi ilə istehsal olunan M6 çipləri ilə təkmilləşdiriləcəyi ehtimal olunur.

Həmçinin Apple-ın gələcəkdə MacBook-lara mobil rabitə dəstəyi əlavə edə biləcəyi barədə şayiələr də yayılıb. Bu xüsusiyyət şirkətin yeni iPhone modellərində istifadə etdiyi xüsusi modemlərə bənzər ola bilər.

Apple ənənəvi olaraq yeni Mac modellərini oktyabr ayında təqdim edir, lakin analitiklər növbəti nəsil MacBook Pro-ların 2026-cı ildən tez gəlməyəcəyini düşünür.

Jalə Rövşən

TodayPress TV

tag: Apple,Macbook Pro,