RİİN: “40 mindən çox insan kibertəhlükəsizlik təlimlərinə cəlb olunub”

İKT

09.10.2025 10:32

"Ötən illər ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən maarifləndirmə işləri aparılıb və 40 mindən çox şəxs kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunub".

TodayPress TV xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Saməddin Əsədov “CIDC-2025” kibertəhlükəsizlik festivalı çərçivəsində çıxışı zamanı məlumat verib.

Nazir müavini bildirib ki, həmçinin kibertəhdid platforması yaradılıb və bu platformaya 30-dan çox ölkə qoşulub:

"Kibertəhlükəsizlik təhdid və hücumlara qarşı ən effektiv vasitədir. Nazirlik bu istiqamətdə ekspert və mütəxəssislərin sayını artırmaq üçün çalışır, təlimlər isə xarici mütəxəssislər tərəfindən keçirilir", - deyə o qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: RİİN,CIDC-2025,Saməddin Əsədov,çıxış,Todaypress.tv,