Elektrikli avtomobil satışlarında Çinin liderliyi davam edir
İKT
15.07.2025 19:15
Dünyada elektrikli avtomobil satışları 2024-cü ilin ilk yarısında 28 faiz artaraq 9,1 milyon ədədə çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə Britaniyada yerləşən “Rho Motion” tədqiqat mərkəzi məlumat yayıb.
Təkcə iyun ayında satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz, əvvəlki ayla müqayisədə isə 7 faiz artıb.
İlin ilk yarısında satılan 9,1 milyon elektrikli avtomobilin 5,5 milyonu Çində qeydə alınıb. Beləliklə, bu ölkədə satışlar illik müqayisədə 32 faiz artıb. Sübvansiyaların azaldılması ilə bağlı gözləntilərə baxmayaraq, bazarda artım davam edir.
Mərkəz bildirir ki, ilin ikinci yarısında Çində daha çox maliyyə dəstəyinin əlçatan olması elektrikli avtomobillərə tələbi artıracaq.
Avropada isə satışlar 26 faiz artaraq 2 milyona çatıb. Almaniya, İspaniya və Britaniyada yüksəliş davam etsə də, Fransada dövlət dəstəklərinin azaldılması satışların 13 faiz geriləməsinə səbəb olub.
Qiymət Mahir
tag: Elektrik avtomobil, Britaniya,Çin,Satış,Todaypress.tv,