Çin orbitə peyk göndərdi
Çinin "Tiandu-1" peyki orbitə buraxılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Çin xəbər agentliyi "Sinxua" məlumat yayıb.
Bildirilib ki, kosmik gəminin mayın 22-də başa çatan manevrindən sonra peyk bir həftə ərzində bu orbitdə sınaq uçuşlarından keçib.
Xatırladaq ki, 2024-cü ilin fevralında "SpaceNews" məlumat verib ki, Çin "Tiandu-1" və "Tiandu-2" peyklərini "Change" Ay missiyalarını dəstəkləmək üçün "Queqiao-2" rabitə peyki ilə birlikdə Aya göndərməyi planlaşdırır.
Çin bu peyklər vasitəsilə Ay və Yer arasında lazer və mikrodalğalı yerləşdirmə texnologiyalarını, həmçinin naviqasiya və rabitə sistemlərini sınaqdan keçirməyi düşünür.
"Tiandu-1"in əsas vəzifəsi gələcəkdə istifadəsi nəzərdə tutulan "Queqiao" (Magpie Bridge) peyk qrupunun texnologiyalarını sınaqdan keçirməkdir.
Türkan İsgəndərli
tag: Çin,Orbit,Peyk,Raket,todaypress.tv,