"Apple" süni intellektə malik ev robotu hazırlayır

İKT

26.05.2025 13:03

4

"Apple" 7 düymlük ekranla təchiz olunan yeni "HomePod" modelini 2025-ci ilin sonuna qədər təqdim etməyi planlaşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə "9to5Mac" məlumat yayıb.

Cihazın bu ilin yazında təqdim ediləcəyi gözlənilsə də, "Apple Intelligence" süni intellekt platformasının inkişafı və yenilənən "Siri" üzərindəki texniki çətinliklər buraxılışın təxirə salınmasına səbəb olub.

Yeni "HomePod" ağıllı ev üçün “komanda mərkəzi” rolunu oynayacaq və "HomeKit" sistemlərini idarə etmək, "Siri" ilə qarşılıqlı əlaqə yaratmaq üçün istifadə ediləcək. 

Qurğunun əsas xüsusiyyətlərinə daxili kamera, "FaceTime" dəstəyi, yeni "homeOS" əməliyyat sistemi, uzunmüddətli batareya və "Apple Intelligence" ilə dərin inteqrasiya daxildir.

Türkan isgəndərli

tag: Apple,Homepod,Süni intellekt,Cihaz,todaypress.tv,