İDDİA: "Apple" "iPhone"nu Brazilya markasından oğurlayıb

İKT

17.05.2025 13:57

12

Braziliyada Federal Məhkəmə uzun illər davam edən məhkəmə çəkişməsində yerli elektronika istehsalçısı "IGB Eletronica" şirkətinin xeyrinə yekdilliklə qərar çıxarıb. Məhkəmə qərarı, "Apple" korporasiyasının ölkədə “iPhone” brendi üzərindəki eksklüziv hüququnu şübhə altına alıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Globo" məlumat yayıb.

"IGB Eletronica" “G Gradiente Iphone” ticarət nişanını hələ 2000-ci ildə "Apple"ın ilk "iPhone" modelini təqdim etməsindən xeyli əvvəl qeydiyyatdan keçirib. Patent isə yalnız 2008-ci ildə, "Apple"ın beynəlxalq debütündən sonra rəsmiləşib.

"Apple" Braziliyada bu brend üzərində tam hüququ əldə etməyə çalışsa da, daha erkən qeydiyyat səbəbindən bu istəyi rədd edilib. Cavab olaraq, "IGB Eletronica" mübahisəli ad altında öz smartfonunu istehsal edərək bazara çıxarıb.

Məhkəmə prosesi 10 ildən çox davam edib və nəhayət Braziliya Ali Məhkəməsinə qədər çatıb. Şirkət “iPhone” markasının birgə istifadəsinə iddia edərkən, "Apple" tam hüquq sahibi olmaq üçün israrlı mübarizə aparıb.

Lakin son qərar federal məhkəmənin "IGB Eletronica"nın hüquqlarını tanıdığını təsdiqləyib və bu da "Apple" üçün Braziliyada əlavə hüquqi və kommersiya çətinlikləri yaradıb.

Hazırda "Apple" ölkədə "iPhone" markası üzrə eksklüziv hüququ əlində saxlayır. Lakin bu qərar yuxarı instansiyalar tərəfindən qüvvədə saxlanılarsa, şirkət mübahisənin alternativ həll yollarını axtarmağa məcbur ola bilər.

Töhfə Səməd

tag: Braziliya,Federal Məhkəmə,IGB Eletronica,Apple,iPhone,todaypress.az,