Yunan-Roma güləşçilərinin Estoniya uğuru

İdman

24.10.2025 09:43

Estoniyanın Rakvere şəhərində yunan-Roma və qadın güləşi üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.

TodayPress TV xəbər verir ki, 3 yaş qrupu üzrə təşkil edilən yarışda 19 ölkədən 500-ə yaxın idmançı iştirak edib. 

Milli komandanın məşqçiləri Turac Hüseynli və Taleh Məmmədovun rəhbərliyi altında turnirdə Azərbaycanı təmsil edən yunan-Roma güləşçilərimizdən 7-si fəxri kürsüyə qalxıb.

U-17 yaş qrupunda Nihat Tağıyev (65 kq) Rakvere turnirinin qalibi olub. U-13 yaş qrupunda Məhərrəmli Bakir (35 kq) gümüş medal qazanıb. U-15 yaş qrupunda Elmir Çərkəzovla (62 kq) İsfahan Həsənov da (85 kq) yalnız finalda uduzublar. 

Güləşçilərimizdən Hüseyn Mustafazadə (52 kq), Abdurrahman Hüseynli (51 kq) və Mehdi Əsgərli (60 kq) isə turnirin bürünc medallarına sahib çıxıblar.

Namiq HUN

TodayPress TV

tag: Güləş,Estoniya,Uğur,Medal,Todaypress.tv,