Yannik Sinner: “Rafael Nadal torpaq örtüyündə tarixdə ən yaxşısıdır”

İdman

24.05.2025 14:55

2

Dünyanın bir nömrəli tennisçisi, italiyalı Yannik Sinner əfsanəvi ispan raketka ustası Rafael Nadalı torpaq örtüyündə bütün dövrlərin ən yaxşı tennisçisi adlandırıb.   

TodayPress TV xəbər verir ki, bu barədə Sinner mətbuat konfransında danışıb. 

“Rafael Nadal, torpaq kortunun ən böyüyüdür. Onun hərəkətləri, topa verdiyi fırlanma, fiziki hazırlığı və düşüncəsi mükəmməl idi. O, biz tennisçilər və gənc azarkeşlər üçün ilham mənbəyi olub. Rafa göstərdi ki, həm sadə, həm də böyük oyunçu olmaq mümkündür. Mənim onunla tanış olmaq və birlikdə məşq etmək şansım oldu. Rafa necə görünürsə, elə də biridir, heç nəyi süni deyil. Bu, qeyri-adi xüsusiyyətdir. O, nümunə olacaq bir insandır. Bizim şansımız gətirib ki, Rafa, Cokoviç və Federer kimi əfsanələrlə eyni dövrdə yaşadıq,” deyə Sinner bildirib. 

Qeyd edək ki, Rafael Nadal 2024-cü ilin sonunda karyerasını başa vurub. Bu il “Roland Garros” turniri çərçivəsində Nadala həsr olunmuş xüsusi vida mərasimi keçiriləcək.   

Namiq HUN

tag: Rafael Nadal,Tennis,Əfsanə,Karyera,Todaypress.tv,