Xavi özü açıqladı: Adımı indiyədək səhv tələffüz edirsiniz!
Niderland millisinin yeni baş məşqçisi Xavi öz adının və soyadının düzgün tələffüz formasını açıqlayıb.
TodayPress TV xəbər verir ki, mətbuat konfransında ispaniyalı mütəxəssis adının “Çavi Ernandes” kimi tələffüz edilməli olduğunu bildirib.
– Adınızın və soyadınızın düzgün tələffüzü necədir?
– Çavi Ernandes.
– Çavi?
– Bəli. “Çavi” – “şokolad” sözündəki kimi, – deyə Xavi ingilis dilində cavab verib.
Xavi avqustun 12-də Niderland millisinin baş məşqçisi təyin olunub. Mütəxəssis daha əvvəl 2021–2024-cü illərdə “Barselona”ya rəhbərlik edib. Onun rəhbərliyi altında Kataloniya klubu İspaniya çempionu olub və ölkə Superkubokunu qazanıb. Bundan əvvəl isə Xavi Qətərin “Əl-Sədd” klubunda çalışıb.
Bundan əvvəl Xavi milli komanda ilə işi barədə danışaraq qarşıdakı dövrə köklənməsindən söz açıb və qalib gəlmək istədiyini bildirib.
Namiq HUN