Tomas Müller: “Artıq kiçik bir macəra vaxtıdır”

İdman

15.08.2025 10:49

Almaniyalı hücumçu Tomas Müller “Vankuver”ə keçidindən danışıb. 

TodayPress TV xəbər verir ki, forvard yayda “Bavariya”dan ayrılaraq Kanada təmsilçisinə transfer olmasının səbəblərini izah edib.

“Avropada, “Bavariya”da uzun illər oynadım və bu dövrdən qürur duyuram. Amma artıq kiçik bir macəra vaxtı idi. Macəra mənim üçün yalnız titul qazanmaq imkanı ilə maraqlıdır. Əgər bu mövsüm “Vankuver”i və son illərdəki inkişafını izləsəniz, görərsiniz ki, bunu yalnız bu il deyil, gələn il də edə bilərəm. Söhbət keçmişdəki qələbələrdən yox, gələcəkdəki titullardan gedir. Məni motivasiya edən də budur”, —Müller bildirib.

35 yaşlı futbolçunun “Vankuver”lə müqaviləsi 2025-ci il mövsümünün sonuna qədər nəzərdə tutulub və əlavə bir il uzadılma opsiyası var. 

Xatırladaq ki, 2007-ci ildən “Bavariya”da çıxış edən Müller bütün turnirlərdə 756 oyun keçirib, 250 qol vurub və 276 məhsuldar ötürmə verib. O, Münhen təmsilçisinin heyətində 33 kubok qazanıb. O, bu müddət ərzində iki dəfə UEFA Çempionlar Liqasının qalibi olub və 2014-cü ildə Almaniya millisi ilə dünya çempionu titulunu qazanıb.

Namiq HUN

tag: Tomas Müller,vankuver,Klub,Transfer,Todaypress.tv,