Reklam lövhəsinə çırpılan Asamoa iflic ola bilər
İdman
09.10.2025 13:07
Çinin ikinci divizion təmsilçisi “Guansi Pinqqo” futbol klubunun yarımmüdafiəçisi Semuel Asamoa oyun zamanı başı ilə reklam lövhəsinə çırpılaraq boynunu qırıb.
TodayPress TV xəbər verir ki, bu barədə Fransanın məşhur “L’Équipe” nəşri, klubun bəyanatına istinadla məlumat yayıb.
31 yaşlı futbolçu 2025-ci ilin fevralından “Guansi Pinqqo” klubunda çıxış edir. Klubun açıqlamasında Asamoanın böyük ehtimalla ömürlük əlil qalacağı bildirilib.
“Xəstəxanada həkim briqadası tərəfindən aparılan ətraflı müayinələr nəticəsində Semuel Asamoada boyun fəqərələrinin çıxığı və sınıqları, eləcə də fəqərə blokadası aşkarlanıb. Ona paraplegiya (yuxarı və ya aşağı ətrafların hərəkətsiz qalması ilə müşayiət olunan iflic vəziyyəti) təhlükəsi var. Futbolçu cari mövsümün bütün qalan oyunlarını buraxacaq”, – deyə klubun bəyanatında qeyd olunub.
Namiq HUN
tag: Guansi Pinqqo,Semuel Asamoa,İflic,Qəza,Todaypress.tv,
