Viktoriya Mboko Monrealda tarix yazdı
Kanadanın 18 yaşlı tennisçisi Viktoriya Mboko WTA-1000 kateqoriyalı “Canadian Open” turnirində milli rekord müəyyən edib.
TodayPress TV xəbər verir ki, o, turnirin finala yüksələn ən gənc kanadalı qadın tennisçi olub.
Dünya reytinqində 85-ci yerdə qərarlaşan Mboko yarımfinalda qazaxıstanlı ulduz, sıralamanın 12-ci raketkası olan Yelena Rıbakinanı dramatik oyunda 1:6, 7:5, 7:6 hesabı ilə məğlub edərək adını finala yazdırıb.
Həlledici qarşılaşmada onun rəqibi sabiq dünya birincisi, hazırda 49-cu pillədə qərarlaşan Yaponiyanın təcrübəli tennisçisi Naomi Osaka olacaq.
Namiq HUN