Viktoriya Azarenka Fransa Açıq çempionatında tarix yazdı

İdman

27.05.2025 18:23

3

Belaruslu tennisçi Viktoriya Azarenka Fransa Açıq çempionatına inamlı start verib. O, belçikalı Yanina Vikmayer üzərində cəmi 48 dəqiqəyə 6-0, 6-0 hesablı qələbə qazanaraq növbəti mərhələyə adlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "WTA" turu məlumat yayıb.

Bu nəticə ilə Azarenka tennis tarixində açıq dövr ərzində "Grand Slam" turnirində 6-0, 6-0 hesabı ilə qalib gələn ən yaşlı oyunçu olub.

35 yaşlı Azarenka həm də daha bir tarixi nailiyyətə imza atıb – o, üç fərqli onillikdə "Grand Slam" turnirlərində 6-0, 6-0 hesablı qələbə qazanan ilk tennisçidir. O, sonuncu dəfə bu cür qələbəni 2016-cı ildə Avstraliya Açıq turnirində əldə etmişdi.

Matç ərzində Azarenka 66 oyundan 49 xal toplayaraq üstünlüyünü göstərib. Yayda keçiriləcək "Uimbldon" turniri ilə karyerasını başa vurmağa hazırlaşan Vikmayer isə 26 məcburi olmayan səhvlə minimal müqavimət göstərə bilib.

Töhfə Səməd

tag: Belarus,Tennis,Viktoriya Azarenka ,Fransa Açıq çempionatı,Yanina Vikmayer,todaypress.tv,