Vasseu “Ferrari” ilə bağlı qərarını verdi

İdman

31.07.2025 13:30

“Ferrari” komandasının rəhbəri Fred Vasseu komandada qalmaq üçün yeni uzunmüddətli müqaviləyə imza atıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Skuderiya”nın rəsmi saytında məlumat verilib.

“Mənə göstərilən etimada görə "Ferrari" rəhbərliyinə minnətdaram. Bu müqavilənin uzadılması mənim üçün həm məsuliyyət, həm də inkişafı davam etdirmək və qarşıya qoyulan hədəflərə çatmaq üçün növbəti çağırışdır. Son 30 ay ərzində biz güclü təməl qoymuşuq. İndi bu bünövrə üzərində ardıcıl və qətiyyətli şəkildə işləməliyik”, - deyə o bildirib. 

Qeyd edək ki, 57 yaşlı fransız 2023-cü ilin yanvarında Mattia Binottunu əvəz edərək “Ferrari”yə qoşulub. O, bundan əvvəl 2017-ci ildən “Sauber F1 Team” və “Alfa Romeo Racing” komandalarına rəhbərlik edib.

Töhfə Səməd 

tag: Ferrari,Fred Vasseu,Müqavilə,Fransa,Todaypress.tv,