“İnter”in futbolçuları zədələndi

İdman

24.05.2025 18:15

3

“İnter” klubunun iki futbolçusu - Benjamen Pavar və Pyotr Zelinski zədələnərək sıradan çıxıblar. 

TodayPress TV “Corriere dello Sport”a istinadən xəbər verir ki, hər iki futbolçu A Seriyasının XXXVIII turunda “Komo”ya qarşı matçda meydana çıxa bilməyib. 

Lakin hər iki futbolçunun PSJ-yə qarşı UEFA Çempionlar Liqasının final matçına qədər sağalacağı gözlənilir. 

Qeyd edək ki, UEFA Çempionalar Liqasında PSJ və “İnter” klublarının final qarşılaşması mayın 31-də Almaniyanın Münhen şəhərində baş tutacaq.   

Namiq HUN

tag: İnter,Klub,Zədə,Futbolçu,Todaypress.tv,

photo