Valdas Dambrauskas: "Sabah" karyeramda çalışdırdığım ən yaxşı komandadır

Valdas Dambrauskas: "Sabah" karyeramda çalışdırdığım ən yaxşı komandadır
26.08.2026 01:10 İdman

"Sabah" karyeramda çalışdırdığım ən yaxşı komandadır".

TodayPress TV xəbər verir ki, bu barədə klubun baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Hapoel" lə cavab qarşılaşmasından sonra mətbuat konfransında deyib.

"Çox möhtəşəm gecədir, gözəl atmosferdir. Azarkeşlərə təşəkkür edirəm. Oyunçular möhtəşəm oynadılar. "Sabah" karyeramda çalışdırdığım ən yaxşı komandadır. Dünyanın ən yaxşı turnirinin əsas mərhələsinə vəsiqə qazanmışıq . Bu gün dünyanın ən xoşbəxt baş məşqçisiyəm.

"Hapoel" ən yaxşı pressinq tətbiq edən komanda idi. Bunun nəticəsində qol buraxdıq. Transfer məsələsinə gəlincə, Çempionlar Liqası üçün futbolçular təyin etmişik. Ona görə də transfer barəsində düşünmürük", - deyə o əlavə edib.

Mütəxəssis qələbəni xüsusi qeyd edəcəyini vurğulayıb:

"Səhvlərimiz var, təhlil edəcəyik. Stadiona gələn azarkeşlər bu gecəni unutmayacaqlar. Mən bu günü qeyd edəcəyəm. Heç vaxt alkoqol qəbul etməmişəm. Amma sizi əmin edirəm ki, bu gün bunu edəcəyəm".

Qeyd edək ki, tərəflər arasında Rumıniyanın paytaxtı Buxarestdə baş tutan ilk oyun "Hapoel"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər