"Torpedo" klubunun sahibi 2 aylıq həbs edildi
İdman
21.06.2025 15:00
Moskvanın Meşanski məhkəməsi “Torpedo” futbol klubunun sahibi Leonid Sobolevi 2 ay müddətinə həbs edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Çempionat” nəşrinin müxbiri məlumat yayıb.
Sobolev rəsmi idman yarışlarının nəticələrinə qanunsuz təsir göstərməkdə ittiham olunur. Onun vəkili Aleksandr Dobrovinski bildirib ki, müvəkkili rəsmi şəkildə saxlanılıb və cinayət işi üzrə istintaq altındadır.
Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk daha əvvəl məlumat vermişdi ki, “Torpedo” klubunun həmtəsisçisi Leonid Sobolev və klubun baş direktoru Valeri Skorodumov 1 milyon rubl məbləğində hakimə rüşvət verməyə cəhd etməkdə ittiham olunurlar. Araşdırmalara əsasən, onlar “Torpedo”nun iştirak etdiyi azı üç matçın nəticəsinə təsir göstərmək niyyətində olublar.
Cinayət işi çərçivəsində üçüncü şübhəli şəxs də müəyyən edilib - klubun mühasibi Yelena Volkova. Hazırda istintaq davam edir.
Namiq HUN
tag: Leonid Sobolev,Klub,Rəhbər,Həbs,Todaypress.tv,