Azərbaycan Karate-Do federasiyasının prezidenti vəfat etdi - YENİLƏNDİ

İdman

06.08.2025 15:07

Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədovun vəfat səbəbi açıqlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, A.Məmmədov, Türkiyənin Trabzon şəhərində 47 yaşında həyatını itirib.

Gürcüstanın Batumi şəhərində qəflətən səhhətində problemlər yaranan Məmmədova həkimlər ağciyərlərin buzlaşması diaqnozu qoyublar. Pasiyent xəstəxanada üç həftədən artıq müalicə alıb və həmin zaman komada olub. Ardından onun vəziyyəti daha da pisləşib. Bundan sonra pasiyent müalicəsini davam etdirmək üçün Türkiyənin Trabzon şəhərində yerləşən xəstəxanaların birinə təxliyə olunub. Burada həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 47 yaşlı A.Məmmədov karate üzrə üçqat dünya və beşqat Avropa çempionu olub. O, 2022-ci ildən Azərbaycan Karate-Do Federasiyasının, 2021-ci ildən isə Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti idi. 2014-cü ildə “Azərbaycan Respublikasının Əməkdar İdman Ustası”, 2015-ci ildə  isə “Azərbaycan Respublikasının Əməkdar Məşqçisi” fəxri adlarına layiq görülüb.

***

10:33

Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanda dünyasını dəyişib. 

TodayPress TV xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

A. Məmmədovun hansı səbəbdən öldüyü açıqlanmayıb.

Namiq HUN

tag: Karate-Do,Prezidenti,Vəfat,Arif Məmmədov,Todaypress.tv,