Tereza Yoxauq Qış Olimpiadasında iştirak etməyəcək

İdman

26.05.2025 14:26

3

Norveçli dördqat Olimpiya çempionu və 14 dəfə dünya çempionu olmuş xizəkçi Tereza Yoxauq 2025/26 mövsümündə çıxış etməyəcəyini və İtaliyada keçiriləcək 2026-cı il Qış Olimpiya Oyunları naminə karyerasını davam etdirməyəcəyini açıqlayıb.   

TodayPress TV xəbər verir ki, o, bu barədə şəxsi sosial şəbəkə hesabında paylaşım edib. 

“Olimpiadada iştirak etməməyi qərara aldım. Bu qış komandaya qayıdışım mənim üçün həqiqi bir macəra idi. Hələ də xizək sürməyi sevirəm, amma ailəmlə daha çox vaxt keçirməyə böyük ehtiyac hiss edirəm. Komandaya kənardan azarkeşlik etməyi səbirsizliklə gözləyirəm. Qayıdışımda məni dəstəkləyən hər kəsə təşəkkür edirəm, xüsusilə də həyat yoldaşıma – sənsiz bu mümkün olmazdı” deyə Yoxauq bildirib. 

Qeyd edək ki, Tereza Yoxauq 2022-ci ildə karyerasını başa vurmuşdu. Lakin 2025-ci ildə Norveçin Tronheim şəhərində keçirilən dünya çempionatı üçün idmana qayıtsa da, qızıl medal qazana bilməmişdi.   

Namiq HUN

tag: Xizəkçi,Norveçli,Çempion,Olimpiada,Todaypress.tv,