RFEF: “Ferran Torresdə əzələ yüklənməsi aşkarlandı”
İdman
13.10.2025 13:10
“Barselona” klubunun hücumçusu Ferran Torres əzələ narahatlığı səbəbindən İspaniya millisinin 2026 dünya çempionatının seçmə mərhələsində Bolqarıstana qarşı keçirəcəyi oyunun heyətinə daxil edilməyib.
TodayPress TV xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının (RFEF) rəsmi saytı məlumat yayıb.
“Barselona”nın hücumçusu Gürcüstanla Elçedə keçirilən oyundan sonra əzələlərində diskomfort hiss etdiyini bildirib. RFEF-in tibbi xidməti əlavə müayinələrdən sonra əzələ yüklənməsi (sıxılması) müəyyən edib, lakin struktur zədələnmə qeydə alınmayıb.
Bolqarıstana qarşı qarşıdakı oyun və komandanın “oyunçuların sağlamlığını hər şeydən üstün tutmaq” siyasətinə əsasən Torres heyətdən çıxarılıb. “Barselona”nın tibbi xidməti vəziyyətlə bağlı məlumatlandırılıb”, - deyə federasiyanın açıqlamasında bildirilir.
Qeyd edək ki, Torres 11 oktyabrda keçirilən İspaniya – Gürcüstan (2:0) matçında 90 dəqiqə meydanda olub, lakin məhsuldar hərəkətlə yadda qalmayıb.
Namiq HUN
tag: Ferran,Futbol,Barselona,Gürcüstan,Todaypress.tv,
