Ter Ştegenin “Qalatasaray”a transferi baş tutmadı

İdman

17.06.2025 09:12

“Barselona” klubunun almaniyalı qapıçısı Mark-Andre ter Ştegen “Qalatasaray”ın transfer təklifini qəbul etməyib. 

TodayPress TV xəbər verir ki, bu barədə NTVspor.net saytı məlumat yayıb.

Bildirilir ki, tərəflər arasında danışıqlar İstanbulda baş tutub. Lakin “Qalatasaray”ın 33 yaşlı qolkiperə təqdim etdiyi müqavilə ter Ştegen üçün qənaətbəxş olmayıb. Alman futbolçu Türkiyə Super Liqasında çıxış etmək istəmədiyini və karyerasını “Barselona”da davam etdirmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, Mark-Andre ter Ştegen son mövsüm müxtəlif turnirlərdə cəmi 9 oyunda meydana çıxıb və onlardan yalnız birində qapısını toxunulmaz saxlayıb. Onun “Barselona” ilə olan müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. 

Transfermarkt portalında qolkiperin bazar dəyəri 12 milyon avro qiymətləndirilir.

Namiq HUN

tag: Ter-Ştegen,Barselona,Qalatasaray,Müqavilə,Todaypress.tv,