Raman Salein Sinqapur uğuru
İdman
25.09.2025 16:41
Raman Salei Paraüzgüçülük üzrə Dünya çempionatını 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.
TodayPress TV xəbər verir ki, o, Sinqapurun eyniadlı paytaxtında keçirilən paraüzgüçülük üzrə dünya çempionatında bu uğura nail olub.
Üç qat paralimpiya çempionu S12 kateqoriyasında fərqlənib.
Salei son olaraq 100 metr məsafəyə sərbəst üsulla üzmədə 54.01 nəticə ilə bürünc medal qazanıb.
Qeyd edək ki, dörd qat dünya çempionu daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə üsulunda 1:01.58 nəticə ilə qızıl, 50 metr məsafəyə sərbəst üsulla üzmədə 24.27 nəticə ilə gümüş, 100 metr məsafəyə “butterfly” üsulu ilə üzmədə isə 58.17 nəticə ilə bürünc medal qazanıb.
Namiq HUN
tag: Raman Salei,Sinqapur,Uğur,Medal,Todaypress.tv,
