Ter Ştegenə qarşı intizam işi açılacaq
“Barselona”nın futbolçusu Mark-Andre ter Ştegen cəzalandırıla bilər.
TodayPress TV “Mundo Deportivo”ya istinadən xəbər verir ki, qolkiper zədəsi ilə bağlı La Liqanın tibb komissiyasına hesabat göndərməyib.
“Barselona” Mark-Andre ter Ştegenin sağalmasının uzun müddət davam edəcəyini nəzərə alaraq yeni transferləri qeydiyyatdan keçirməyi planlaşdırır.
Kataloniya təmsilçisi futbolçunu həm iqtisadi, həm də idman baxımından zərərli qərarına görə cəzalandırmağı düşünür.
Namiq HUN