Tennisçilər korta çıxmamış qazandılar: 3,5 min dollarlıq bonus!

Tennisçilər korta çıxmamış qazandılar: 3,5 min dollarlıq bonus!
28.08.2026 09:06 İdman

ABŞ Açıq çempionatında iştirak edəcək bütün tennisçilərə turnirin startı ərəfəsində maliyyə bonusu verilib.

TodayPress TV “US Open”in “X” sosial şəbəkəsindəki rəsmi səhifəsinə istinadən xəbər verir ki, oyunçular Nyu-Yorka çatdıqdan sonra 2,5 min dollar dəyərində “Uber” sertifikatı və 1 min dollarlıq “American Express” hədiyyə kartı əldə ediblər.

“Xoş sürpriz! Nyu-Yorka gəldikdən sonra oyunçular turnirdə çıxışları və “Böyük Dəbilqə” tituluna mübarizə zamanı xərclərini qarşılamağa kömək etmək üçün 2,5 min dollarlıq “Uber” sertifikatı və 1 min dollarlıq “American Express” hədiyyə kartı aldılar”, – deyə “US Open”in “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.

Qeyd edək ki, 2026-cı il ABŞ Açıq çempionatı avqustun 30-dan sentyabrın 13-dək keçiriləcək. Kişilər arasında sonuncu çempion ispaniyalı Karlos Alkaras, qadınların turnirində isə belaruslu Arina Sobolenkodur.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 AVQUST 2026
Bütün Xəbərlər