Tarixi zəfər! Azərbaycan çimərlik güləşində dünya çempionu oldu

Tarixi zəfər! Azərbaycan çimərlik güləşində dünya çempionu oldu
28.08.2026 08:53 İdman

Bakıda keçirilən çimərlik güləşi üzrə U-17 dünya çempionatında komandaların yekun sıralaması müəyyənləşib.

TodayPress TV xəbər verir ki, Azərbaycan millisi qızlar arasında komanda hesabında ilk dəfə dünya çempionu titulunu qazanıb.

Qadın güləşçilərimiz mundialı 1 gümüş və 1 bürünc medalla başa vurub. Millimiz 54 xal toplayaraq komanda hesabında birinci olub. Bu, Azərbaycan çimərlik güləşi tarixində qızlar arasında əldə edilən ilk dünya çempionluğudur. ABŞ 53 xalla ikinci, Yaponiya isə 52 xalla üçüncü yeri tutub.

Oğlanların yarışında isə Azərbaycan komandası 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq 85 xal toplayıb. Eyni xala malik İran əlavə göstəricilərə görə birinci olub. Azərbaycan ikinci, Seneqal isə 32 xalla üçüncü pillədə qərarlaşıb.

Xatırladaq ki, baş məşqçi Oyan Nəzəriani və məşqçi İbrahim Yusubovun rəhbərliyi altında Elcan Həsənov (60 kq) və Nihad Süleymanlı (80 kq) qızıl, Əlirza Heybətli (60 kq), Elgün Kərimli (90 kq) və Rəna Nuriyeva (65 kq) gümüş, Tunar Quliyev (70 kq), Ruslan Vəliyev (80 kq) və Simurə Abdullayeva (75 kq) isə bürünc medal qazanıblar.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 AVQUST 2026
Bütün Xəbərlər