Taekvondoçularımız III MDB Oyunlarını 22 medalla başa vurdular
İdman
01.10.2025 09:23
III MDB Oyunları çərçivəsində Mingəçevirdə keçirilən taekvondo yarışlarına yekun vurulub.
TodayPress TV xəbər verir ki, yarışların son günündə dayanq üzərinə çıxan 14 idmançımızdan 11-i mükafatçılar sırasında yer alıb.
Taekvondoçu Vasif Səlimov 68 kq çəki dərəcəsində III MDB Oyunlarının qızıl medalına sahib çıxıb.
Digər 10 taekvondoçumuz - Səmərrux Osmanova, Zemfira Həsənzadə (hər ikisi 49 kq), Nigar Abdullayeva, Leyla Bəşirova (hər ikisi 57 kq), Fuad Məhərrəmli, Məhəmməd Həsənli (hər ikisi 58 kq), Zemfira Aslanova, Nərmin Ənsəri (hər ikisi 67 kq), Rza Əsədli (80 kq) və Xan Məmmədzadə (+87 kq) turnirin bürünc medalı ilə kifayətlənib.
Qeyd edək ki, taekvondoçularımız ilk yarış günündə 11 ( 3 qızıl, 2 gümüş, 6 bürünc) medal qazanıblar.
Ümumilikdə taekvondo üzrə yığma komandamız III MDB Oyunlarını 4 qızıl, 2 gümüş, 16 bürünc medalla başa vurublar.
Namiq HUN
tag: MDB,Taekvondo,Yarış,Qızıl medal,Todaypress.tv,
