Stefen Karriyə açıq çek: “Qolden Steyt”dən möhtəşəm təklif!
“Qolden Steyt Uorriors” komandanın lideri Stefen Karriyə müqavilənin istənilən variantını təklif etməyə hazırdır.
TodayPress TV xəbər verir ki, bu barədə “ClutchPoints” jurnalisti Bret Siqel məlumat yayıb.
Karri avqustun 29-dan etibarən “Uorriors”la ikiillik, ümumi dəyəri 136,7 milyon dollar olan müqavilənin müddətini uzatmaq hüququ əldə edəcək.
“Uorriors”un mövqeyinə görə, klub superulduzuna onun istədiyi müqaviləni təklif edəcək və yaxın gələcəkdə komandada qalmasını təmin etməyə çalışacaq. Eyni zamanda, rəhbərlik Karrinin danışıqları təxirə salaraq gələn yaya qədər gözləməsindən və daha sonra məhdudiyyətsiz azad agent statusu almasından narahat deyil.
Klub üçün bu, ideal ssenari hesab olunmasa da, Karri yeni müqavilə üzrə müəyyən güzəştlərə getməyə hazır olarsa, nəticədə “Qolden Steyt” üçün sərfəli variant ola bilər. Tərəflər onun müqaviləni indi uzadıb-uzatmayacağından və ya növbəti mövsümlərarası fasiləyədək gözləyəcəyindən asılı olmayaraq, gələcəklə bağlı vahid mövqedə qalacaqlar.
Namiq HUN