Şey Gilces-Aleksander yeni rekordla tarix yazdı

İdman

24.10.2025 09:05

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) 2024/2025 mövsümünün ən dəyərli oyunçusu (MVP), “Oklahoma Citi Tander” klubunun müdafiəçisi Şey Gilces-Aleksander “Indiana Peysers”lə keçirilən görüşdə şəxsi məhsuldarlıq rekordunu yeniləyib.

TodayPress TV xəbər verir ki, görüş “Tander”in iki əlavə vaxtdan sonra “Peysers” üzərində 141:135 hesablı qələbəsi ilə başa çatıb.

27 yaşlı kanadalı basketbolçu meydanda olduğu 45 dəqiqə ərzində 55 xal toplayaraq yeni şəxsi rekord müəyyənləşdirib. O, 31 atışdan 15-ni dəqiq yerinə yetirib (onlardan 2-si 3 xal dəyərində). Müdafiəçinin 26 cərimə atışından isə 23-ü dəqiq olub. Bundan əlavə, Gilces-Aleksander 8 ribaund, 5 assist, 2 top alma və 1 blokla da fərqlənib. 

Qeyd edək ki, basketbolçunun əvvəlki şəxsi rekordu 2025-ci ilin yanvarında “Utah Jazz”la görüşdə topladığı 54 xal idi. Onun üçüncü ən yüksək nəticəsi isə 2024/2025 mövsümündə “Qolden Steyt”ə qarşı oyunda qazandığı 52 xal olub.

Namiq HUN

TodayPress TV

tag: Şey Gilces-Aleksander,Oklahoma Citi Tander,Rekord,NBA,Todaypress.tv,