Şey Gilces-Aleksander NBA final seriyasının MVP-si seçildi

İdman

23.06.2025 09:33

“Oklahoma-Siti Thunder”in ABŞ Milli Basketbol assosiasiyasının (NBA) final seriyasındakı (4:3) qələbəsi komandanın lideri Şey Gilces-Aleksander üçün əlamətdar olub. 

TodayPress TV xəbər verir ki, “Oklahoma”nın qələbəsində əsas pay sahiblərindən biri olan Şey Gilces-Aleksander final seriyasının ən dəyərli oyunçusu (MVP) adına layiq görülüb.

Gilces-Aleksanderin final seriyası üzrə ortalama statistikası:

30,3 xal, 5,6 məhsuldar ötürmə, 4,6 ribaund və 38,2 dəqiqə ortalama oyun vaxtı.

“Oklahoma” liderinin 7-ci oyunda performansı:

29 xal, 12 assist, 5 ribaund və 2 blok.

Kanadalı basketbolçu həlledici matçda həm hücumda, həm də müdafiədə komandasının lideri kimi çıxış edərək “Oklahoma”nın 2025-ci il NBA çempionluğuna böyük töhfə verdi. Cari NBA finalı “Oklahoma”nın tarixində xüsusi əlamətdar bir mövsüm kimi yadda qalacaq.

Namiq HUN

tag: NBA,MVP,Şey-Gilcers-Aleksandr,Oyun,Todaypress.tv,