"Real"ın futbolçusu zədələndi

"Real"ın futbolçusu zədələndi
10.08.2025 23:45 İdman

Madridin "Real" klubu yarımmüdafiəçisi Eduardo Kamavinqanın zədələndiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, 22 yaşlı fransız futbolçuda sağ topuq bağlarında dartılma diaqnozu qoyulub.

Bərpa müddəti hələlik məlum deyil.

Qeyd edək ki, Kamavinqa 2025-ci ilin aprelindən meydana çıxmır. Həmin vaxt o, sol ayağın aparıcı əzələsinin qopması səbəbindən mövsümün qalan hissəsini və Klublararası Dünya Çempionatını buraxmışdı.

Töhfə Səməd 

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər