“Real” Alvaro Karrerasla razılaşdı

İdman

28.05.2025 09:54

“Real Madrid” klubu “Benfika”nın sol cinah müdafiəçisi Alvaro Karrerasın transferini yekunlaşdırmaq üzrədir.   

TodayPress TV xəbər verir ki, bu barədə məşhur jurnalist və transfer insayderi Fabrizio Romano məlumat yayıb.   

Onun sözlərinə görə, futbolçu ilə “kral klubu” arasında şəxsi müqavilə artıq razılaşdırılıb. Hazırda tərəflər transferin son detalları üzərində danışıqlar aparır.   

“Real” rəhbərliyi müqaviləni rəsmi olaraq bağlamaq üçün “Benfika”nın Portuqaliya Kubokunun finalında “Sportinq”lə qarşılaşmasını gözləyirdi.  Madridlilər transferi tamamlamaq üçün 50 milyon avro məbləğində təzminat ödəməyə hazırdır.   

Qeyd edək ki, Karreras cari mövsümdə bütün turnirlərdə 50 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun “Benfika” ilə olan müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.   

“Transfermarkt” portalında futbolçunun bazar dəyəri 28 milyon avro qiymətləndirilir.   

Namiq HUN

tag: Real Madrid,Futbol,Klub,Transfer,Todaypress.tv,