Qum üzərində mübarizə: 37 güləşçimiz qələbə üçün yarışacaq
Azərbaycanın çimərlik güləşi üzrə milli komandasının qarşıdakı beynəlxalq yarışlarda iştirak edəcək heyəti müəyyənləşib.
TodayPress TV Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, baş məşqçi Oyan Nəzəriani və məşqçi İbrahim Yusubovun rəhbərliyi altında 37 güləşçimiz iki nüfuzlu beynəlxalq yarışda mübarizə aparacaq.
U-17 dünya çempionatı
Avqustun 27-də keçiriləcək U-17 dünya çempionatında Azərbaycan 22 güləşçi ilə təmsil olunacaq.
Oğlanların yarışında Əlirza Heybətli, Elcan Həsənov və Ömər Zeynalov (hamısı 60 kq), Rəşad Əliyev, Rəşid Nəzərov və Tunar Quliyev (hamısı 70 kq), Ruslan Vəliyev, Nihad Süleymanlı və Ömər Vəliyev (hamısı 80 kq), Elvin Hacıquliyev, Elvin Necəfzadə və Elgün Kərimli (hamısı 90 kq) çıxış edəcəklər.
Qızların mübarizəsində isə Gülnar Ağadadaşova, Nərgiz Adilova və Vəfa Orucova (hamısı 45 kq), Ülviyyə Musayeva, Günel Kərimli və Nəzrin Əhmədli (hamısı 55 kq), Fidan Babayeva, Rəna Nuriyeva və Mədinə Qasımova (hamısı 65 kq), həmçinin Simurə Abdullayeva (75 kq) qüvvələrini sınayacaqlar.
Dünya Seriyası
Avqustun 28-29-da keçiriləcək Dünya Seriyasının IV mərhələsində isə Azərbaycanı 15 güləşçi təmsil edəcək.
Kişilərin yarışında Rübail İbrahimli, İbrahim Musayev və İmamhüseyn Nəbiyev (hamısı 70 kq), Sahib Dadaşov, Vüsal Əliyev və Cavid Niftəlizadə (hamısı 80 kq), Əşrəf Aşırov, Ramiz Həsənov və Fərid Cabbarov (hamısı 90 kq), Camal Feyziyev və Rəvan Musayev (+90 kq) mübarizə aparacaqlar.
Qadınların yarışında isə Əsmər Cankurtaran (50 kq), Nərgiz Səmədova (60 kq), Nigar Mirzəzadə və Zəhra Kərimzadə (hər ikisi 70 kq) çıxış edəcəklər.
Namiq HUN