Qobu çöllərində adrenalin dolu gün: - “Trial Race 2025” yarışına sayılı günlər qalıb
İdman
02.10.2025 15:24
5 oktyabr 2025-ci il tarixində Abşeronun Qobu qəsəbəsində yerləşən qurumuş göl yatağında Azərbaycanda “off-road motorsportu”nun ən maraqlı tədbirlərindən biri – “Trial Race 2025” baş tutacaq.
TodayPress TV xəbər verir ki, yarış saat 10:00-dan 16:00-a qədər davam edəcək.
Tədbirdə 50-dən çox “off-road avtomobili” və yüzlərlə izləyici iştirak edəcək.
“Trial Race 2025” ölkədə motorsportun inkişafına töhfə verməklə yanaşı, izləyicilərə adrenalin dolu və udunulmaz anlar vəd edir.
Bəs yarışda başqa nələr gözlənilir?
1)Sürücülər çətin və təhlükəli marşrutlarda öz peşəkarlıqlarını nümayiş etdirəcəklər.
2)İzləyicilər üçün təhlükəsiz zonalar ayrılıb – burada onlar real vaxtda yarışın gərginliyini hiss edə biləcəklər.
Qeyd edək ki, “Motorsport mədəniyyəti”nin təbliği, gənc nəslin motivasiyası və regionun turizm potensialının tanıdılması yarışın əsas məqsədlərindəndir.
Tədbir “DriveTrain” və “Forsaj Club” tərəfindən təşkil olunur.
Rəsmi dəstəkçi isə Azərbaycan Avtomobil Federasiyasıdır.
Bütün media nümayəndələri və izləyicilər bu unikal tədbirə dəvətlidir!
Əlaqə vasitələri:
📞 +994 70 210 31 88
tag: Adrenalin,Trial Race 2025,Yarış,Qobu,Todaypress.tv,
