“Qəbələ” “Real”ın yetirməsini heyətinə qatdı
“Qəbələ” İspaniyanın “Real” klubunun yetirməsini (2004-2014) transfer edib.
TodayPress TV xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Qırmızı-qaralar” Xayme Syerra ilə müqavilə imzalayıb.
Qeyd edək ki, 27 yaşlı ispaniyalı yarımmüdafiəçi sonuncu dəfə Xorvatiyanın “Varajdin” klubunda oynayıb.