“Qəbələ” növbəti transferini gerçəkləşdirdi

“Qəbələ” növbəti transferini gerçəkləşdirdi
12.08.2025 01:00 İdman

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

TodayPress TV bu barədə kluba istinadən xəbər verir.

“Qırmızı-qaralar” nigeriyalı Salihu Nasiru ilə anlaşıb. 18 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Futbolçu son olaraq Nigeriya premyer liqasında “Kanemi Warriors” komandasının formasını geyinib. Salihu həmçinin Nigeriya U-20 millisində də 4 oyun keçirib.

Qeyd edək ki, “Qəbələ” bunadək Xayme Syerra, Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə qatıb.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər