"Qəbələ" fransalı hücumçu ilə müqavilə imzaladı

"Qəbələ" fransalı hücumçu ilə müqavilə imzaladı
06.08.2025 05:18 İdman

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

TodayPress TV-nin məlumatına görə, bu barədə klubun mətbuat xidməti bildirib.

Məlumata əsasən, “qırmızı-qaralar” İbrahim Sanqareni heyətinə qatıb. 31 yaşlı fransalı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Forvardın son klubu İsrail təmsilçisi “Hapoel” (Hadera) olub. Futbolçu Fransada “Lentente”, “Şambli”, “Avranş”, “Oser”, “Kretey”, “Orlean”, “Le Puy”, Türkiyədə “Giresunspor”, “Menemenspor”, Kiprdə “Otelyos” klublarının da formasını geyinib.

Xatırladaq ki, “Qəbələ” bunadək Prins Ovusu, Paulo Quimbila, İsaak Amoa, Adriel Ba Loua və Eduardo Kundeni transfer edib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər