Qaşım Maqomedov ABŞ-dən dəvət aldı

Qaşım Maqomedov ABŞ-dən dəvət aldı
05.08.2025 16:47 İdman

Paris Olimpiadasının gümüş mükafatçısı Birləşmiş Ştatlarda  keçiriləcək beynəlxalq taekvondo düşərgəsində təcrübəsini bölüşəcək. 

TodayPress TV Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Qaşim Maqomedov “Mayami 2025” beynəlxalq taekvondo düşərgəsinə dəvət alıb.

Avropa çempionu xüsusi qonaq və təlimçi qismində "ustad dərsləri" keçəcək.

“Mayami 2025” düşərgəsi avqustun 30–31-də təşkil olunacaq.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər