“Qalatasaray” Morata ilə yollarını ayırdı

İdman

11.08.2025 09:00

“Qalatasaray” klubu ispaniyalı hücumçu Alvaro Morata ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb. 

TodayPress TV xəbər verir ki, o, “Milan”a qayıdır və “Komo”ya keçəcək. 

“Qalatasaray”ın mətbuat xidməti sosial şəbəkə paylaşımında, “Təşəkkürlər, Morata, “aslanlara” olan sədaqətin üçün! Karyeranda uğurlar!” sözlərinə yer verib.

Müqavilənin pozulmasına görə “Milan” İstanbul təmsilçisinə 5 milyon avro kompensasiya ödəyəcək. Morata bir ay əvvəl transfer şərtlərini razılaşdırdığı İtaliyanın “Komo” klubunun şərəfini qoruyacaq. 

Qeyd edək ki, 32 yaşlı hücumçu 2025-ci ilin fevralında “Milan”dan icarə əsasında “Qalatasaray”da çıxış edirdi. Onun icarə müqaviləsi 2026-cı ilin yanvarında başa çatmalı idi. Morata “sarı-qırmızılılar”la 16 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Transfermarkt portalına onun bazar dəyəri təxminən 11 milyon avro qiymətləndirilir. 

Namiq HUN

tag: Qalatasaray,Alvaro Morata,Klub,Vida,Todaypress.tv,