Triatlon yarışında idmançı finişə çata bilmədi

İdman

04.08.2025 12:31

Rusiyanın Nijni Novqorod şəhərində keçirilən Ironstar 113 triatlon yarışında faciə baş verib. 

TodayPress TV turnirin məybuat xidmətinə istinadən xəbər verir ki, triatlonçu Andrey Pulyayev yarış zamanı dünyasını dəyişib. 

Bildirilib ki, o, üzgüçülük məhələsinin finişinə az qalmış özünü pis hiss edib. 

"Xilasedicilər dərhal Andrey Pulyayevi təcili tibbi yardım briqadasına təhvil verib. Həkimlər reanimasiya tədbirlərinə başlasalar da, idmançını xilas etmək mümkün olmayıb," – deyə rəsmi açıqlamada qeyd olunub.

Yarışa buraxılmaq üçün tələb olunan tibbi yoxlamalardan keçən Andrey Pulyayev Ironstar 113 turnirində Ryazanı təmsil edib. Onun triatlon üzrə kifayət qədər təcrübəsi və hazırlığı olduğu, daha öncə 226 km və 113 km məsafəli yarışlarda iştirak etdiyi bildirilib. 

Namiq HUN

tag: Triatlon,Yarış,İdmançı,Ölüm,Todaypress.tv,