“Potensialı var!” – Flik Qordonun “Barselona” startını dəyərləndirdi

“Potensialı var!” – Flik Qordonun “Barselona” startını dəyərləndirdi
28.08.2026 08:43 İdman

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın yeni transferi Entoni Qordonun La Liqanın 2026/2027-ci illər mövsümünün startındakı çıxışını qiymətləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə Flik klubun rəsmi saytına açıqlama verib.

Almaniyalı mütəxəssis 25 yaşlı vingerin komandaya uyğunlaşması barədə müsbət fikirlər səsləndirib.

“O burada cəmi iki həftə yarımdır. Daha yüksək səviyyəyə çatmaq üçün potensialı var”, – deyə Flik bildirib.

“Barselona” Qordonun “Nyukasl”dan transferini mayın 29-da rəsmən açıqlayıb. İngiltərə millisinin üzvü ilə müqavilə 2031-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Entoni Qordon cari mövsümdə Kataloniya klubunun heyətində La Liqada iki matç keçirib və hər iki qarşılaşmada məhsuldar ötürmə ilə yadda qalıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 AVQUST 2026
Bütün Xəbərlər