Pirallahıda triatlon üzrə Azərbaycan çempionatı keçirildi
İdman
12.10.2025 15:50
Pirallahıda yerləşən Nərəkənd parkında triatlon üzrə ölkə çempionatı keçirilib.
TodayPress TV xəbər verir ki, Azərbaycan Triatlon Federasiyasından verilən məlumata görə, yarışda müxtəlif yaş qruplarından olan 100-dən çox peşəkar və yeniyetmə idmançı mübarizə aparıb.
Yarışda uşaqlar super sprint məsafəsində (375 metr üzgüçülük, 8 kilometr velosiped və 2 kilometr qaçış) güclərini sınayıblar. Böyüklər isə sprint məsafəsində (750 metr üzgüçülük, 20 kilometr velosiped və 5 kilometr qaçış) çıxış ediblər.
Kişilər arasında Əli Rzazadə qalib olub. Tamerlan Musayev gümüş, Tural Atakişiyev bürünc mükafata sahib çıxıblar.
Qadınların mübarizəsində isə Leyla Abduləzizova 1-ci, Klara Maresçova 2-ci yeri tutub.
Qaliblərə medallar və pul mükafatı verilib.
tag: Pirallahı,Nərəkənd ,Leyla Abduləzizova ,Tural Atakişiyev,Todaypress.tv,
