Ceymi Karraqer: “150 milyon avro Mbappenin qiymətidir”
İdman
07.08.2025 13:49
“Liverpul” klubunun sabiq müdafiəçisi və hazırda futbol eksperti olan Ceymi Karraqer “Nyukasl”ın hücumçusu Aleksander İsakla bağlı fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir bu barədə Sky Sports məlumat yayıb.
Karraqer isveçli forvarda görə tələb olunan 130–150 milyon avroluq qiymətin yalnız Kilian Mbappe səviyyəsindəki futbolçulara uyğun olduğunu bildirib.
“İstəyərdim ki, “Liverpul” Aleksander İsaqı transfer etsin. Amma məncə, 150 milyon avro Kilian Mbappenin qiymətidir. Onun üçün belə məbləğ ödənilə bilər. Amma “Liverpul” azarkeşi olaraq klubun İsaqa görə 150 milyon funt sterlinq xərcləməsini istəməzdim,” – Ceymi Karraqer deyib.
Qeyd edək ki, ötən mövsümdə 25 yaşlı İsak bütün turnirlərdə 42 oyun keçirib, 27 qol vurub və 6 assistlə yadda qalıb. “Transfermarkt” portalınında futbolçunun bazar dəyəri 120 milyon avro təşkil edir.
Namiq HUN
tag: Nyukasl,Aleksander İsak,Transfer,Qiymət,Todaypress.tv,