“Partizan”ın basketbolçusu cinayət işi üzrə şübhəli qismində tanındı

İdman

04.06.2025 11:01

Serbiya Prokurorluğu Belqradda gecə klubunda baş verən kütləvi dava ilə bağlı iyunun 11-nə məhkəmə dinləməsi təyin edib. 

TodayPress TV xəbər verir ki, bu barədə Sportal.rs məlumat yayıb.

Bildirilir ki, Serbiyanın “Partizan” klubunun basketbolçusu, amerikalı oyunqurucu Karlik Cons Cinayət məcəlləsinin 121-ci maddəsinə əsasən ağır bədən xəsarətləri yetirməkdə şübhəli bilinir. Klubun digər iki üzvü, hücumçu Sterlinq Braun və forvard Ayzek Bonqa, habelə daha bir nəfər isə davada iştirak etməkdə şübhəli qismində dindirilir.

Hadisə zamanı üç “Partizan” basketbolçusunun küçədə hücuma məruz qaldığı bildirilir. İstintaq çərçivəsində prokurorluq əvvəlcə basketbolçularla söhbət aparacaq, daha sonra isə zərərçəkmişlər və şahidlər dindirildikdən sonra təqsirləndirmə qərarı veriləcək.

Qeyd edək ki, hadisə barədə ilk məlumat may ayının əvvəlində yayılmışdı. O zaman basketbolçular baş verən insidentin səbəbi kimi onlara qarşı yönəlmiş irqçi təhqirləri göstərmişdilər.

Namiq HUN

tag: Partizan,Klub,Basketbol,Cinayət,Todaypress.tv,