Fransalı futbolçu Türkiyə Birinci Liqasında
İdman
09.09.2025 15:19
Fransa millisinin sabiq hücumçusu Vissam Ben-Yedder karyerasını Türkiyədə davam etdirəcək.
TodayPress TV xəbər verir ki, o, azad agent kimi ölkənin Birinci Liqasında çıxış edən “Sakaryaspor” klubu ilə müqavilə imzalayıb.
Klubun rəsmi açıqlamasında deyilir:
“Klubumuz Vissam Ben-Yedder ilə anlaşmaya nail olub. Ona yaşıl-qara formada uğurlar arzulayırıq. Xoş gəlmisən!”
Qeyd edək ki, Ben-Yedder 2019-cu ilin avqustundan 2024-cü ilin iyuluna qədər “Monako” klubunda çıxış edib.
Xatırladaq ki, 2024-cü il noyabrın 12-də Nitsa Cinayət Məhkəməsi Ben-Yedderi sərxoş vəziyyətdə seksual zorakılıqda təqsirli bilərək, ona iki il altı ay həbs cəzası kəsib. Daha sonra futbolçu bu qərardan apellyasiya şikayəti verib. Ona 2023-cü ilin yayında baş verən hadisələrlə bağlı “təcavüz, təcavüzə cəhd və seksual zorakılıq” ittihamları da irəli sürülüb.
Namiq HUN
tag: Futbol,Vissam Ben-Yedder,Liqa,Türkiyə,Todaypress.tv,