Palmerdən Norrisə ümid: Monzada sürət titul yolunu aça bilər
“Formula-1”in sabiq pilotu Colion Palmer hazırkı dünya çempionu Lando Norrisin titul uğrunda mübarizəyə qayıtmaq şanslarını dəyərləndirib.
TodayPress TV xəbər berir ki, bu barədə “Formula-1”in rəsmi saytı məlumat yayıb.
Palmer hesab edir ki, Norrisin çempionluq uğrunda mübarizəyə real şəkildə qayıtması üçün “McLaren”in növbəti mərhələ olan İtaliya Qran-Prisinin keçiriləcəyi Monza trasında yüksək sürət nümayiş etdirməsi vacibdir.
“Son illərdə “McLaren”in bolidin inkişafı baxımından nəticələri müqayisəolunmazdır. Görünür, komanda baza və tras məlumatları arasında əla uyğunluğa nail olur və bu, ona yenidən mübarizəyə qayıtmağa imkan verir. Əsl sınaq Monza olacaq.
Bu trasda “McLaren” sürətli döngələrdə əladır, yavaş döngələrdə daha zəif görünür və düzlüklərdə “Mercedes”dən açıq şəkildə geri qalır. Monzada yerəbasma səviyyəsi arasında seçim etməyə ehtiyac olmayacaq: hər şey düzlüklərdəki sürətdən və yavaş döngələrin keçilməsindən asılı olacaq. Buna görə də “McLaren” orada da sürətli olsa, bu, mövsümün sonuna doğru mümkün sıçrayış üçün yaxşı siqnal olacaq”, – deyə Palmer bildirib.
Sabiq pilot Maks Ferstappenin ötən mövsüm daha böyük geridə olmasına baxmayaraq titul uğrunda mübarizəyə qayıtmağa yaxınlaşdığını da xatırladıb. Onun sözlərinə görə, növbəti mərhələdə Kimi Antonellinin start mövqelərinin itirilməsinə görə cəza alması da Norrisin xal fərqini azaltmasına kömək edə bilər.
Bununla belə, Palmer Norrisin hazırkı vəziyyətdə titul qazanacağına hələ də çox inanmır:
“Son iki yarışdan sonra onu tamamilə silmək çətindir. “Mercedes” də yəqin ki, anlayır ki, Norrisin hazırkı çıxış səviyyəsi fonunda komanda onun mübarizəyə qayıtmasına imkan verəcək ciddi səhvlərə yol verə bilməz”.
Namiq HUN