Olimpiya çempionu Pakistanda ölü tapıldı
İdman
30.07.2025 17:08
Almaniyanın keçmiş biatlonçusu, Olimpiya çempionu Laura Dalmayer Pakistanda dağ yürüşü zamanı baş verən faciə nəticəsində dünyasını dəyişib.
TodayPress TV xəbər verir ki, bu barədə onun menecerləri Almaniya mətbuatına məlumat veriblər.
Hadisə 28 iyul tarixində, təxminən yerli vaxtla günorta saatlarında, 5700 metr yüksəklikdə baş verib. Dağa qalxarkən Dalmayer və onun həmkarının üzərinə daşqın düşüb. Hadisədən sonra idmançının tərəfdaşı fövqəladə xidmətlərə məlumat versə də, ərazinin çətin keçilməsi səbəbindən axtarış-xilasetmə əməliyyatı yalnız 30 iyulda nəticə verib və Dalmayerin cəsədi tapılıb.
Qeyd edək ki, Laura Dalmayer 2019-cu ildə idman karyerasını başa vurub. O, 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarında iki qızıl medal qazanıb, həmçinin 7 qat dünya çempionu olub.
Töhfə Səməd
tag: Almaniya,Olimpiya çempionu ,Laura Dalmayer ,Pakistan,Todaypress.tv,