Olimpiada yolunda ilk sınaq: Azərbaycan cüdoçuları Lozannada medalsız qaldı
Bu gün İsveçrənin Lozanna şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.
TodayPress TV xəbər verir ki, Azərbaycan cüdoçuları yarışın ilk gününü medalsız başa vurublar.
Kişilərin mübarizəsində Əhməd Yusifov (60 kq), Turan Bayramov və Ruslan Paşayev (hər ikisi 66 kq), qadınların yarışında isə Gültac Məmmədəliyeva və Leyla Əliyeva (hər ikisi 52 kq) mükafatçılar sırasına düşə bilməyiblər.
Qeyd edək ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıran turnirdə Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu ilə təmsil olunur.
Lozanna “Böyük Dəbilqə”si avqustun 30-da başa çatacaq.
Namiq HUN