“Oklahoma Siti Tander” seriyada önə keçdi

İdman

17.06.2025 09:27

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) pley-off final seriyasının beşinci oyunu Oklahoma-Sitidəki “Chesapeake Energy Arena”da keçirilib.

TodayPress TV xəbər verir ki, “Oklahoma Siti Tander” doğma meydanda “İndiana Peysers” üzərində 120:109 hesablı qələbə qazanaraq seriyada önə keçib 3 :2.

“Oklahoma”nın heyətində matçın ən məhsuldar oyunçusu Ceylen Uilyams olub. Amerikalı forvard 40 xal, 6 ribaund və 4 assistlə komandasını qələbəyə daşıyıb. Onun komanda yoldaşlarından Şey Gilces-Aleksander 31 xal, Endrü Uiggins isə 14 xalla yadda qalıb.

“İndiana”nın heyətində isə kamerunlu Paskal Siakam 28 xal, 6 ribaund və 5 məhsuldar ötürmə ilə komandasının ən yaxşısı olub. Makkonnell oyun ərzində 18, Nezmit isə 14 xal toplayıb.

Final seriyasının altıncı oyunu iyunun 20-də İndianapolisdə keçiriləcək. Qələbə qazanan komanda çempionluğa bir addım daha yaxınlaşacaq.

Namiq HUN

tag: Oklahoma,İndiana,NBA,Matç,Todaypress.tv,